Səbaildə qamışlıq ərazi yanıb - VİDEO

22:36 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, A.İsmayılov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az bu barədə FHN-ə istinadən xəbər verir.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının qamışlıq sahədə baş verdiyi və havanın küləkli olması səbəbindən yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 200kv.m. sahədə qamışlıq ərazi yanıb.

Yaxınlıqda yerləşən tikililər yanğından mühafizə olunub.